Qrizmann Bakıda məşqə çıxmadı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda sabah “Qarabağ”ın qonağı olacaq “Atletiko” bu gün oyunöncəsi son məşqinə çıxıb. Qol.az-ın xəbərinə görə, Madrid klubunun aparıcı oyunçusu Antuan Qrizmann Bakı Olmpiya Stadionunda keçirilən məşqə qatılmayıb.

Fransalı futbolçunun hansı səbəbdən məşqdən iştirak etmədiyi hələlik bəlli deyil. Qeyd edək ki, “Qarabağ” – “Atletiko” qarşılaşması saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə