"Nyukasl" Cenk Tosun üçün 15 milyon avrosundan keçəcək

"Beşiktaş"ın futolçusu Cenk Tosun karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Qol.az-ın "Daily Star"a istinadən yaydığı xəbərə görə "Nyukasl" İstanbul klubunun hücumçusu üçün yanvar ayında 15 milyon avro təklif edəcək.

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2014-cü ildən “Beşiktaş”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə