Avropa zonası üzrə "pley-off"un püşkü atılıb

Bu gün DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyıb.

İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə 8 komanda 4 cütlük təşkil edib.

DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası üzrə pley-off oyunları

Şimali İrlandiya - İsveçrə

Xorvatiya - Yunanıstan

Danimarka - İrlandiya

İsveç - İtaliya


Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları həmin ayın 12-14-də keçiriləcək. Qaliblər DÇ-2018-in final mərhələsinə vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə