"Qarabağ" - "Atletiko" matçında hava yağmursuz olacaq

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atletiko"nu qəbul edəcəyi 18 oktyabra olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə