Səlahət Ağayev "Neftçi"nin düşərgəsinə qayıdıb

"Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərindəki "Acıbadəm Fulya” xəstəxanasında müalicə-bərpa prosesini başa vuraraq Bakıya qayıdıb. SİA-nın məlumatına görə, komandanın düşərgəsinə qoşulan təcrübəli futbolçu bu gün fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, sentyabrın 15-də "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş Səlahət Ağayevin iki həftə sonra komandayla birgə məşqlərə başlayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə