“Baku open-2017” şahmat festivalı keçiriləcək

Noyabrın 13-dən 21-dək paytaxtımızda “Baku open-2017” şahmat festivalı təşkil ediləcək. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 26-cı ildönümünə həsr edilmiş bu beynəlxalq turnir iki qrupda keçiriləcək: open və uşaq turniri.

SİA xəbər verir ki, festivalda 9 ölkədən bu qədim gözəl oyunun 100-dən çox həvəskarı iştirak edəcək. “Baku open-2017” turniri İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə