"Trabzonspor" Ərsun Yanalı istefaya göndərib

"Trabzonspor" baş məşqçisi Ərsun Yanalı istefaya göndərdiyini rəsmən açıqlayıb. Klubun saytında yer alan xəbərə görə, türk mütəxəssislə müqavilənin müddəti təktərəfli ləğv edilib. Komandanın ölkə çempionatının 7-ci turunda öz meydanında "Akhisar"a 1:6 hesabı ilə uduzduğu oyundan sonra bu qərar verilib.

Xatırladaq ki, yeni baş məşqçi vəzifəsinə namizədlər sırasında millimizin çalışdırıcısı Robert Prosineçkinin də olduğu iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə