Mehmet Ekici "Qalatasaray"la keçiriləcək derbidə meydana çıxmayacaq

"Fənərbaxça"nın heyətində ciddi itki baş verib. Türkiyə mətbuatının yazdığına görə, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Mehmet Ekici zədələnib. Əzələsində yırtıq aşkarlanan 27 yaşlı yarımmüdafiəçi 1 ay meydana çıxa biıməyəcək. Bu isə o deməkdir ki, Türkiyə millisinin üzvü oktyabrın 22-də "Qalatasaray"la keçiriləcək İstanbul derbisində komandasına kömək edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə