"İnter” "Qarabağ”la oyuna qara sarğı ilə çıxıb

Bakının "İnter” klubu Topaz Premyer Liqasının 8-ci turunda hazırda "Qarabağ”la keçirilən oyuna qara sarğı ilə çıxıb. SİA-nın məlumatına görə, buna səbəb oktyabrın 6-da komandanın baş məşqçisi Zaur Svanadzenin həyat yoldaşının vəfat etməsidir.

Qeyd edək ki, Nino Svanadze uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə