“Neftçi"nin cüdoçuları paytaxt birinciliyinə uğurla start veriblər

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 18 yaşadək yeniyetmə cüdoçular arasında paytaxt birinciliyinə start verilib. SİA xəbər verir ki, yarışın ilk günündə “Neftçi İdman Klubu”nun üç cüdoçusu mükafatçılar sırasında yer alıb.

Klubun yetirməsi Əlihümbət Qafarov (50 kq) yalnız həlledici görüşdə məğlub olub və Bakı birinciliyinin gümüş medalına layiq görülüb. Cavid Piriyev və Çingiz Fəttahov (hər ikisi 55 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyası, eləcə də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə