Şotlandiya millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd kimdir?

“Mançester Yunayted” və “Everton”un sabiq baş məşqçisi Devid Moyes futbol üzrə Şotlandiya milli komandası ilə işləmək üçün danışıqlara hazırdır. SİA xəbər verir ki, bukmerkerlerin fikirlərinə görə, 54 yaşlı şotlandiyalı mütəxəssis Qordon Strakanın istefaya göndərilməsindən sonra baş məşqçi vəzifəsinə əsas iddiaçıdır.

Moyesin işlədiyi son klub “Sunderland” (İngiltərə) olub. O, komandasının Premyer Liqadan gedişindən sonra cari ilin mayında klubdan ayrılıb.

Qeyd edək ki, Şotlandiya millisi 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazana bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə