17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ikinci oyununu keçirəcək. SİA-nın məlumatına görə, futbolçularımız Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv" stadionunda Ukrayna yığması ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq qarşılaşmanın hakimlərini diqqətinizə çatdırırıq:

Baş hakim: Halil Umut Meler (Türkiyə)

Baş hakimin köməkçiləri: İbrahim Çağlar Uyarcan (Türkiyə), Miroslav Maksimov (Bolqarıstan)

Dördüncü hakim: Georgi Davidov (Bolqarıstan)

UEFA nümayəndəsi və hakim-inspektor: Tarje Hauge (Norveç)

Bütün xəbərlər Facebook səhifəmizdə