Fettel: “Karyeramı sonlandırmağı fikirləşmirəm” - AÇIQLAMA

Sebastyan Fettel “Ferrari” komandası ilə Formula-1 üzrə dünya çempionu olandan sonra karyerasını başa vuracağı haqda xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, karyerası ərzində 4 dəfə dünya çempionu olmuş pilot belə bir planının olmadığını vurğulayıb. O, uşaqlığından “Ferrari”də çempion olmağı hədəflədiyini qeyd edib: “Karyeramı sonlandırmağı fikirləşmirəm. Bu, öz-özünə baş verən bir haldır. Hələ ki, belə bir şey olacağına inanmıram. “Ferrari”də yarışan hər kəs bunun çox özəl bir şey olduğunu hiss edir. Bu komanda ilə çempion olmamışam. Məqsədim çempionluqdur”.

Pilot bu il çempionluğun onun üçün çox çətin olacağını deyib: “Bu həftə çox çətin keçdi. Qarşıda nə olacağını görəcəyik. Qalan 4 yarışda daha yaxşı bir maşına sahib olmaq istəyirik. Məncə, komanda doğru istiqamətdə irəliləyir”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə