Avropalı hakimlər Çin çempionatının oyunlarını idarə edəcəklər

Çin Futbol Assosiasiyası ölkə çempionatının oyunlarına əcnəbi hakimlərin dəvət olunmasına qərar verib.
SİA-nın məlumatına görə, Çin çempionatının qarşıdakı turundakı görüşlərdən üçünü avropalı hakimlər idarə edəcəklər. Söhbət Deniz Aytekin (Almaniya), Toni Şapron (Fransa) və Yunas Erikssondan (İsveç) gedir.

Bundan başqa, bildirilir ki, əcnəbi hakimlərin cəlb olunması prosesi gələcəkdə də davam edəcək. Eləcə də 2018-ci ildən Çin çempionatında eksperiment olaraq videotəkrardan da istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə