İtaliya voleybolçuları üçüncü qələbələrini qazanıblar

Sentyabrın 24-də Gürcüstan paytaxtı Tbilisidə Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsində İtaliya və Xorvatiya yığmaları qarşılaşıb.

Bu qarşılaşmanı Ukraynalı hakim Medvid Mixaylo və İspaniyalı Mario Bernaola idarə ediblər.

Olduqca maraqlı və gərgin keçən oyun İtaliya yığmasının 3-2 hesablı parlaq qələbəsi ilə başa çatıb. İtalyanlar birinci seti 25-23, 2-ci seti 25-21 hesabla başa vursalar da, 3-cü setdə 19-25, 4-cü setdə isə 10-25 hesab ilə məğlub olublar. Həlledici 5-ci setdə İtaliya komandası daha böyük əzm göstərərək 15-11 hesabı ilə qalib gəlib. Bununla da qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsində “B” qrupunun oyunları başa çatıb.

İtaliya yığması Gürcüstanı 3-0; Belarusu 3-1; Xorvatiyanı 3-2 hesabı ilə məğlub edərək qrup lideri olub. Belarus komandası Xorvatiyanı 3-2, Gürcüstanı isə 3-0 hesabı ilə məğlub etsə də, italyanlara 2-3 hesabı ilə məğlub olub. Xorvatlar Gürcüstan komandasını 3-1 hesabı ilə məğlub etsələr də, Belarusa 2-3, İtaliyaya isə 2-3 hesabı ilə məğlub olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə