Premyer Liqada altıncı tura yekun vurulub

Bu gün Azərbaycan Premyer Liqasının altıncı turu "Qəbələ" - "Neftçi" oyunu ilə yekun vurulub. Turun son oyununda Qəbələ şəhər stadionunda keçirilən matçı baş hakim Fariz Yusifov idarə edib.

Görüşün dördüncü dəqiqəsində "Qəbələ"nin oyunçusu Stiven Jozef Monroz hesabı açıb. Oyunun 40-cı dəqiqəsində Baqali Dabo meydan sahiblərinin ikinci qolunu vurub - 2:0. İlk hissə bu hesablada yekunlaşıb.

Matçın ikinci hissəsində "Neftçi" klubu istəyinə nail olub. Oyunun 48-ci dəqiqəsində paytaxt təmsilçiləri Namiq Ələsgərovun vurduğu qolla hesab arasındakı fərqi minimuma endirib. Oyunda başqa qol vurulmayıb. Görüş "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə atıncı turun yekun oyunundan sonra "Qarabağ" 15 xalla turnir cədvəlində liderdir. "Zirə" klubu 15 xalla ikinci, "Qəbələ"isə 14 xalla üçüncü pillədədir. Turnir cədvəlində komandalar müvafiq olaraq "İnter" (8 xal), "Sumqayıt" (7 xal), "Səbail" (6 xal), "Neftçi" və "Kəpəz" hərəyə bir xalla sonuncu yerləri bölüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə