"Avropa çempionatının təşkilində fəal dəstəyə görə Azərbaycana minnətdarıq"

Qadınlar arasında voleybol üzrə Avropa çempionatının Azərbaycanın və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilməsi dostluğumuzun nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua söyləyib.

İ.Çaçua bildirib ki, Avropa çempionatının final mərhələsinin "B" qrupunun oyunlarının Tbilisidə keçirilməsi barədə qərarın qəbulu prosesində Azərbaycanın dəstəyini hiss etdik. Bu, gürcü voleybolunun təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda, Azərbaycan voleybolunun inkişafının, dost ölkənin yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisidir.

Hər addımda Azərbaycanın dost, qardaş dəstəyini hiss etdiklərini vurğulayan İ.Çaçua deyib: "Bilirsiniz ki, Gürcüstan yığmasında legioner yoxdur. Azərbaycan bizim beynəlxalq yarışlarda iştirakımıza imkan yaratdı. Buna görə Azərbaycana minnətdarıq”.

Federasiya prezidenti bildirib ki, belə mötəbər yarışların birgə təşkili dostluğumuzun və qardaşlığımızın göstəricisidir. Bizi qabaqda daha böyük uğurlar gözləyir.

loading...