Rail Məlikov: "Uduzmağımızın səbəbini kiminsə üstünə atmaq istəmirəm" AÇIQLAMA

"Sumqayıt"ın futbolçusu Rail Məlikov Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ"a 4:1 hesabı ilə uduzduqları oyundan sonra qarşılaşma haqda fikirlərini bildirib. SİA təcrübəli müdafiəçinin fikirlərini nəzərinizə çatıdırır: "Birinci hissədə oyun düşündüyümüz kimi alındı, müdafiədən hücuma tez çıxa bildik. Amma ikinci hissədə istədiyimiz kimi alınmadı, bizim üçün uğursuz oldu. Uduzmağımızın səbəbini kiminsə üstünə atmaq istəmirəm. Hər şey göz qabağında oldu. Hakim haqqında danışmaq da istəmirəm. Bu gün oyunu özümüz uduzmuşuq. Biz hər oyuna qələbə əzmi ilə çıxırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə