Kseniya Poznyak: "Avropa çempionatında zəif komanda yoxdur" AÇIQLAMA

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk oyununda Macarıstan yığmasını quru hesabla məğlub edib. SİA-nın məlumatına görə, komandamızın üzvü Kseniya Poznyak görüşdən sonra açıqlama verib.

Blokçumuzun fikirlərini təqdim edirik: "Birinci setdə bəzi səhvlərimiz oldu. Lakin sonradan oyuna kökləndik. Daha əminliklə oynadıq. Təcrübəmiz, məşqçimizin və azarkeşlərin dəstəyi sayəsində qalib gəldik. Avropa Çempionatında zəif komanda yoxdur. Öz oyunumuzu oynasaq, oyuna daha yaxşı köklənsək, yaxşı nətcə qazanarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə