“Trabzonspor” “Alanyaspor”a məğlub olub

Türkiyə Superliqasında 6-cı tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib. “Trabzonspor” öz meydanında “Alanyaspor”la qarşılaşıb. Oyun dramatik sonluqla nəticələnib. Meydan sahibləri 3:0 hesabı ilə öndə olsalar da, qonaqlar 4 qol vuraraq qələbə qazanıblar.
Bu nəticədən sonra "Trabzonpor" 8 xalla 9-cu, "Alanyaspor" isə 7 xalla 11-ci pillədə qərarlaşıb.

22 sentyabr

“Trabzonspor” - “Alanyaspor” 3:4
Qollar: Kuçka, 10 (1:0), Burak Yılmaz, 21 (2:0), 32-pen. (3:0), Vaqner Lav, 45 (3:1), Fernandes, 55 (3:2), Vaqner Lav, 68 (3:3), 82 (3:4),

Bütün xəbərlər Facebook səhifəmizdə