"Səbail" yeni transferini sifariş edib

"Səbail" yeni transferini PFL-ə sifariş edib. SİA-nın məlumatına görə, söhbət rumıniyalı futbolçu Adrian Popoviçidən gedir. Adrian paytaxt klubunda 18 nömrəli futbolkada çıxış edəcək.

29 yaşlı oyuçu "Səbail"ə azad agent kimi cəlb olunub. Onun son iş yeri ölkəsinin “Politexnika Timişioara” klubu olub. Hücumameylli yarımmüdafiəçi Rumıniyanın U-17 yığmasında da oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə