“Bavariya” “Volfsburq”la heç-heçə edib

Almaniya Bundesliqasında 6-cı tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib. “Bavariya” öz meydanında “Volfsburq”u qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Bu nəticədən sonra "Bavariya" 13 xalla turnir cədvəlinin 2-ci, "Volfsburq" isə 6 xalla 11-ci pilləsində qərarlaşıb. Dortmund "Borussiya"sı 13 xalla liderdir.

“Bavariya” - “Volfsburq” 2:2
Qollar:
Levandovksi, 33 (1:0), Robben, 42 (2:0), Arnold, 56 (2:1), Didavi, 83 (2:2)

Bütün xəbərlər Facebook səhifəmizdə