Bu gün futbol üzrə Topaz Premyer Liqasında altıncı tura start verilib. İlk oyun günündə yalnız 1 qarşılaşma keçirilib. Turun açılış matçı “Qarabağ” və “Sumqayıt” arasında oynanılıb. Ağdam klubu 4:1 hesabı ilə qalib gəlib. Bu matç əvvəlcədən Sumqayıtda keçirilməli olsa da, “Qarabağ”ın “Roma” ilə oyundan öncə süni qazonlu meydançada mübarizə aparmaması üçün qarşılıqlı razılıq əsasında ev sahibi qismində Ağdam klubu çıxış edib.
Qeyd edək ki, altıncı turun 2 oyunu şənbə, 1 oyunu isə bazar günü keçiriləcək.
Topaz Premyer Liqası
VI tur
22 sentyabr (cümə)
19:00. “Qarabağ” - “Sumqayıt” - 4:1
Qollar: Bəxtiyar Həsənalızadə, 7 (0:1), Pedro Enrike, 56 (1:1), Riçard Almeyda, 62-pen (2:1), Mahir Mədətov, 65 (3:1), 72 (4:1)
Qırmızı vərəqə: Miçel, 88 ("Qarabağ", ikinci sarı vərəqə)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu
23 sentyabr (şənbə)
17:30. “Səbail” - “Kəpəz”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Cabbarov
“Dalğa Arena”
20:00. “Zirə” - “İnter”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
Zirə İdman Kompleksinin stadionu
24 sentyabr (bazar)
18:00. “Qəbələ” - “Neftçi”
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
Qəbələ şəhər stadionu
|
Bombardirlər: Mahir Mədətov ("Qarabağ") - 5 qol, Vüsal İsgəndərli ("Zirə"), Riçard Qadze ("Zirə") – 3.
Bütün xəbərlər Facebook səhifəmizdə