Neymar "Monpelye" ilə oyunu buraxacaq

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 7-ci turunda "Monpelye" ilə oyunu buraxacaq. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb braziliyalı hücumçunun yüngül zədəsinin olmasıdır. Komandanın baş məşqçisi Unai Emeri Çempionlar Liqasında "Bavariya" ilə matç öncəsi Neymarın zədəsinin daha da ciddi olmaması üçün onu oynatmamağa qərar verib.

Qeyd edək ki, "Monpelye" - PSJ görüşü sabah keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə