FİFA ilin ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb

2017-ci ilin ən yaxşı baş məqşçisi adına namizəd olan 3 məşqçinin adı açıqlanıb. FİFA-nın rəsmi Tvitter səhifəsində yer alan xəbərə görə, Massimiliano Alleqri ("Yuventus"), Antonio Konte ("Çelsi") və Zinəddin Zidan ("Real") ən yaxşı məşqçi adı uğrunda mübarizə aparacaq. Qeyd edək ki, qaliblər oktyabrın 23-də Londonda mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə