Futbol klubunun məşq bazasında bomba tapılıb

Almaniyanın "Ştutqart” klubunun məşq bazasında bomba tapılıb. SİA-nın məlumatına görə, meydançanın ot örütüyü dəyişdirilərkən II Dünya Müharibəsindən qalan bomba aşkarlanıb. Mütəxəssislər çəkisi 50 kq olan mərmini zərərsizləşdiriblər.

Qeyd edək ki, 2009-cu ildə "Ştutqart”ın ev oyunlarını keçirdiyi "Mercedes-Benz Arena”da yenidənqurma işləri aparılan zaman da 34 bomba tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə