Türkmənistan millisi "Aşqabad-2017"də liderliyini davam etdirir

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir. SİA-nın məlumatına görə, hesabında 59 qızıl, 43 gümüş və 51 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü İran (16-10-32) və Tailand (14-12-15) yığmaları tamamlayır.

Özbəkistan (10-17-42) dördüncü, Çin (10-8-11) beşinci, Qazaxıstan (9-12-18) altıncı, Vyetnam (6-6-9) yeddinci, Birləşmiş Ərəb Əmirlikləri (5-4-7) səkkizinci, Hindistan (5-4-5) doqquzuncu və Taypey (5-4-3) isə onuncu pillədə yer alıb.

İndiyədək 32 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə