Bakıda Rusiya və Ukrayna yığmaları qarşılaşır

Sentyabrın 22-də Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, Bakıda Milli Gimnastika Arenasında keçirilən ilk oyunda “C” qrupunda yer alan hazırkı çempion Rusiya millisi ilə Ukrayna yığması qarşılaşır.

Günün digər oyunlarında isə “A” qrupunda Polşa-Almaniya, Macarıstan-Azərbaycan, “B” qrupunda İtaliya-Gürcüstan, Belarus-Xorvatiya, “D” qrupunda Serbiya-Çexiya, Hollandiya-Belçika qarşılaşmaları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə