“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsindən növbəti tədbir FOTOLAR

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 sentyabr 2017-ci il tarixdə Göyçay rayonunda keçirilmişdir.

SİA-nın verdiyi məlumata görə, tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Göyçay rayonundan seçilmiş millət vəkili Sabir Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkili Sabir Hacıyev və Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış etdilər. Çıxış edənlər ilk növbədə UEFA-nın Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qəbul etdiyi qərarın əhəmiyyətini qeyd etdilər. Qeyd olundu ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə