UEFA-nın qərarı Azərbaycanda aparılan idman siyasətinin uğurudur

UEFA-nın qərarına əsasən Avropa Liqasının finalı 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunu millət vəkili Rauf Əliyev SİA-ya açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, bu xəbər idman ictimayyəti tərəfindən, bütün futbolsevənlər tərəfindən böyük sevinc hissi ilə qarşılanıb: "Bu hadisə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə Azərbaycanda aparılan ümumi inkişaf strategiyasının, o cümlədən idman sahəsində həyata keçirilən geniş miqyaslı layihələrin həyatiliyini bir daha sübut etdi. Bakı Olimpiya Stadionunun tikilməsi ilə bağlı qərar qəbul ediləndə bəzi uzağı görə bilməyənlər belə böyük stadionun Azərbaycana lazım olmadığını bildirirdilər. Ancaq həyat sübut etdi ki, bu qərar çox uzaqgörənliklə qəbul edilib. Artıq bu stadionda Birinci Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Azərbaycanın Futbol üzrə milli komandasının oyunları keçirilmlşdir. Qarşıda Qarabağ FK-nun Çempionlar Liqasndakı qurup oyunları, 2019-cu ilə təyin olunmuş Avropa Liqasının final oyunu, 2020-ci ildı keçiriləcək Futbol üzrə Avropa çempionatının qrup oyunlarının keçirilməsi dayanır.

Azərbaycan idman ictimayyətini bu xoş xəbər münasibəti ilə təbrik edirəm, bütün idmançılarımıza yarışlarda uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə