"Aşqabad-2017"də 29 ölkənin idmançıları medal qazanıblar

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir. SİA-nın məlumatına görə, hesabında 55 qızıl, 38 gümüş və 37 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü İran (10-7-23) və Özbəkistan (7-16-34) yığmaları tamamlayır.

Qazaxıstan (7-8-15) dördüncü, Tailand (6-10-12) beşinci, Çin (6-6-7) altıncı, Vyetnam (5-5-8) yeddinci, Birləşmiş Ərəb Əmirlikləri (5-4-7) səkkizinci, Hindistan (5-3-4) doqquzuncu və Monqolustan (3-5-7) isə onuncu pillədə yer alıb.

İndiyədək 29 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə