İki güləşçimiz dünya çempionatında mübarizəyə qoşulur

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının ikinci gününə start verilib. SİA-nın məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın iki idmançısı mübarizəyə qoşulur. Sərbəst güləşçilərimizdən Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, dünya çempionatının birinci günündə yığmamızın üzvləri bir qızıl, bir gümüş, üç bürünc medal qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə