İngiltərə Liqa Kubokunda 1/8 finalın püşkü atılıb

İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb. SİA-nın məlumatına görə, “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” 1/8 finalda “Everton”la qarşılaşacaq.

Növbəti mərhələdə üz-üzə gələcək bütün cütlükləri nəzərinizə çatdırırıq:

“Lester Siti” – "Lids Yunayted"

"Bornmut" – "Midlsbro"

"Çelsi" – "Everton"

"Mançester Siti" – "Vulverhempton"

"Suonsi Siti" – "Mançester Yunayted"

"Arsenal" – "Norviç Siti"

"Tottenhem" – "Vest Hem"

"Bristol Siti" – "Kristal Pelas"

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları oktyabrın 23-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə