Jeremi Matye: "Neymar Messinin kölgəsində qalmamaq üçün getdi" AÇIQLAMA

"Barselona"nın sabiq müdafiəçisi Jeremi Matye Neymarın PSJ-yə keçməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, hazırda "Sportinq"in şərəfini qoruyan fransalı müdafiəçi Neymarın bu addımını fərdi mükafatlar qazanmaq istəyi ilə əlaqələndirib: "Neymarın klubunu tərk edəcəyini heç kim ağlına gətirməzdi. Amma bu, futboldur və qərar ona aiddir. Şəxsən mənə görə, Neymar Messinin kölgəsində qalmamaq üçün "Barselona"dan getdi. Çox güman ki, o, "Qızıl top"u qazanmaq istəyir. Fikrimcə, PSJ-də qollar vurduğundan özünü xoşbəxt hiss edir".

Bütün xəbərlər Facebook səhifəmizdə