"Dinamo"nun baş məşqçisi döyülüb

Xorvatiyanın "Dinamo" (Zaqreb) futbol komandasının baş məşqçisi Mario Tsvitanoviç evinin qarşısında döyülüb. SİA-nın məlumatına görə, hücum edənlər dəyənəklə silahlanmış maskalı naməlum iki şəxs olub. Hadisə Tsvitanoviçin Xorvatiya Kuboku uğrunda səfər matçından qayıtdığı vaxt baş verib. Polis və təcili yardımı zərərçəkənin özü çağırıb. Həkimlər baş məşqçiyə sol əlində qırıq diaqnozu qoyublar.

Klubun yaydığı açıqlamada hüquq-mühafizə orqanlarına "Ayılın və komanda ətrafında baş verənlərə məhəl qoymamağı dayandırın" çağırışı da əksini tapıb.

Qeyd edək ki, Zaqreb "Dinamo"sunun müşaviri Zdravko Mamiç avqustda Bosniya və Herseqovinada ayağından güllə yarası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə