"Monako" iki futbolçusu ilə yeni müqavilə imzalayıb

"Monako" iki futbolçusu ilə yeni müqavilə imzalayıb. SİA-nın məlumatına görə, müdafiəçi Adrea Raci ilə müqavilənin müddəti 2019, 32 yaşlı qapıçı Daniel Şubaşiçlə isə 2020-ci ilin iyununa kimi uzadılıb.

Hər iki futbolçu 2012-ci ildən "knyazlıq klubu"nun şərəfini qoruyur.

"Monako" Fransa Liqasında 6 turdan sonra 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə