U-16-nın heyətində dəyişiklik edilib

Sentyabrın 18-dən etibarən Bakı şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. SİA-nın məlumatına görə, zədəli olduğu üçün Tərxan Mehdiyev (“Pole Espoirs”, Fransa) hazırlıq prosesindən kənarlaşdırılıb, əvəzinə “Zirə” klubundan Samir Qurbanov dəvət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə