“Arsenal” itki ilə üzləşib. SİA-nın məlumatına görə, London klubunun üzvü Denni Uelbek sıradan çıxıb.
“Çelsi” ilə oyunda (0:0) xəsarət alan gənc hücumçu ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

“Hələlik onun nə vaxt meydana qayıdacağı məlum deyil. Amma Uelbekin minimum 3 həftə oynamayacağı dəqiqdir” - “Arsenal”ın baş məşqçisi Arsen Venger belə deyib.

Qeyd edək ki, Uelbek “Donkaster”, “Vest Bromviç” və BATE ilə görüşlərdə çıxış etməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə