"Məqsədim üçqat çempion olmaqdır"

"Litvada keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında üçüncü dəfə qızıl medal qazanmaq istəyirəm." Bunu AZƏRTAC-a müsahibəsində Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun üzvü, dünya çempionatının sərbəst güləş yarışında ölkəmizi təmsil edən Ağahüseyn Mustafayev deyib.

Dünya çempionatına ciddi hazırlaşdıqlarını vurğulayan idmançı deyib: “Yarışa tam hazırıq. Hərbçilər arasında dünya çempionatının ikiqat qalibiyəm. Məqsədim üçqat çempion olmaq və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaqdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə