"Liverpul"un yubileyi münasibətilə xüsusi formalar hazırlanıb

"New Balance" şirkəti "Liverpul" klubunun 125 illik yubileyi münasibətilə xüsusi formalar hazırlayıb. SİA-nın məlumatına görə, formalar qara rəngdədir və 21 sentyabrdan etibarən satışa çıxarılacaq. "New Balance" hazırda klubun texniki sponsorudur.

Qeyd edək ki, "mersesaydlılar" iyulun 30-da ilk ev formasını da təqdim etmişdilər. 1892-ci ildə futbolçular ağ-mavi futbolkada meydana çıxmışdılar. "Qırmızılar"ın hazırki ev forması isə 1970-ci illərin komplektinə uyğun dizayn olunub. Klubun yeni emblemi də 125 il öncəki emblemə uyğun hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə