“AS” nəşri: "UEFA Çempionlar Liqasının finalı üçün Madridi yox, Bakını seçəcək"

İspaniyanın nüfuzlu idman nəşri olan “AS” qəzetində “Vanda Metropolitano” stadionunun UEFA Çempionlar Liqasının 2019-cu ildə keçiriləcək final oyununu qəbul edə bilməyəcəyinin səbəbi” sərlövhəli məqalə dərc edilib. SİA-nın məlumatına görə, qəzet yazır ki, ölkənin nüfuzlu idman jurnalistlərindən olan “Ondacero” radiosunun aparıcısı Xose Ramon de la Moreno təqdim etdiyi proqramında bu barədə məlumat verib.

Jurnalist bildirib ki, UEFA hələ rəsmi qərarını açıqlamasa da, bu qərarın Bakının, bu şəhərdəki Olimpiya Stadionunun xeyrinə olacağı məlumdur. Bunun səbəbi kimi Madriddəki “Vanda Metropolitano” stadionunda VIP yerlərin cəmi 7 min nəfərlik olması göstərilir. Lakin Bakı Olimpiya Stadionu bu baxımdan daha əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə