Avropa Çempionatının iştirakçılarının heyəti və cədvəli müəyyənləşib

Sentyabrın 22-dən oktyabrın 1-dək qadınlardan ibarət komandalar arasında voleybol üzrə Avropa Çempionatı keçiriləcək. Çempionatda 16 ölkənin yığma komandaları, o cümlədən Azərbaycan yığması da iştirak edəcək.

SİA xəbər verir ki, Avropa Çempionatı Azərbaycanda və Gürcüstanda keçiriləcək. Azərbaycan voleybolçuları “A” qrupunda çıxış edəcəklər. Komandamız ilk matçı sentyabrın 22-də keçirəcək. Həmin gün millimiz Macarıstan yığması ilə qarşılaşacaq.

Qrup raundunda qızlarımızın digər rəqibləri Almaniya və Polşa yığmaları olacaq.

Turnirin reqlamentinə görə, qrup raundlarının qalibləri birbaşa dörddəbir finala çıxacaqlar. Öz qrupunda ikinci və üçüncü yerləri tutan yığmalar 1/8 finaldan pley-off oyunlarına başlayacaqlar.

Qadınlar arasında voleybol üzrə 2017-ci il Avropa Çempionatının iştirakçılar heyəti.

A qrupu: Azərbaycan, Almaniya, Polşa, Macarıstan

B qrupu: Gürcüstan, İtaliya, Xorvatiya, Belarus

C qrupu: Rusiya, Türkiyə, Bolqarıstan, Ukrayna

D qrupu: Serbiya, Niderland, Belçika, Çexiya

Qadınlar arasında voleybol üzrə 2017-ci il Avropa Çempionatının cədvəli (matçların başlanma Bakı vaxtı ilə göstərilib):

Qrup mərhələsi

22 sentyabr, cümə günü

13:30 Ukrayna – Rusiya

15:00 İtaliya – Gürcüstan

15:00 Serbiya – Çexiya

16:00 Macarıstan – Azərbaycan

18:00 Belarus – Xorvatiya

18:00 Niderland – Belçika

18:30 Polşa – Almaniya

23 sentyabr, şənbə günü

13:30 Bolqarıstan – Ukrayna

15:00 Gürcüstan – Xorvatiya

15:00 Çexiya – Belçika

16:00 Polşa – Macarıstan

18:00 İtaliya – Belarus

18:00 Serbiya – Niderland

18:30 Türkiyə – Rusiya

24 sentyabr, bazar günü

13:30 Bolqarıstan – Türkiyə

15:00 Gürcüstan – Belarus

15:00 Belçika – Serbiya

16:00 Azərbaycan – Polşa

18:00 Xorvatiya – İtaliya

18:00 Çexiya – Niderland

18:30 Almaniya – Macarıstan

25 sentyabr, bazar ertəsi

13:30 Rusiya – Bolqarıstan

16:00 Almaniya – Azərbaycan

18:30 Türkiyə – Ukrayna

Pley-off

1/8 final

26 sentyabr, çərşənbə axşamı

B2 (B qrupunda ikinci yeri tutmuş komanda) – D3 (D qrupunda üçüncü yeri tutmuş komanda)

D2 – B3

27 sentyabr, çərşənbə

A2 – C3

C2 – A3

1/4 final

28 sentyabr, cümə axşamı

1/2 final

30 sentyabr, şənbə günü

Üçüncü yer uğrunda matç, final

1 oktyabr, bazar günü

Bütün xəbərlər Facebook səhifəmizdə