İlkin Verdiyev: "Öyrəndiklərimizi işimizdə tətbiq edəcəyik" AÇIQLAMA

“Kəpəz”in 16 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi İlkin Verdiyev AFFA-nın təşkil etdiyi məşqçilərin UEFA B kursunu uğurla başa vurub. SİA-nın məlumatına görə, bununla da o, müvafiq lisenziyaya yiyələnib.

Gənc mütəxəssis B kateqoriyası alması ilə bağlı sevincini bölüşüb: “İmtahandan uğurla keçdiyim və lisenziya aldığım üçün şadam. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Ötən il C kateqoriyasını müvəffəqiyyətlə bitirmişdim. Bundan sonra fikrim B kurslarında iştirak etmək idi. Kurslarda bizlər üçün dəyərli biliklər verilir. Bilmədiyimiz yenilikləri öyrənirik, məşqçilik sahəsində inkişaf etməyə çalışırıq. Öyrəndiklərimizi də işimizdə tətbiq edəcəyik. İndi məqsədim A lisenziyasını almaqdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə