Manuel Noyer mövsümün ilk yarısında oynamayacaq

"Bavariya"nın və Almaniya millisinin üzvü Manuel Noyer bir müddət yaşıl meydanlardan uzaq qalacaq. SİA-nın məlumatına görə, ötən mövsümün sonlarında sol ayağından zədələnən qolkiperin yenidən ayağının həmin yerində qırıq aşkarlanıb. Noyer mövsümün ilk yarısında oynamayacaq. Qapıçı əməliyyat olunacaq.

Almaniya millisinin kapitanı olan 31 yaşlı əlcək sahibi oktyabrın 8-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə keçiriləcək oyunda çıxış edə bilməyəcək.

Qeyd edək ki, Noyer bu mövsüm "Bavariya"nın heyətində 4 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə