Kevin Strotman: "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir"

"Roma"nın hollandiyalı futbolçusu Kevin Strotman "Twitter" hesabında azarkeşlərin suallarına cavab verib. SİA-nın məlumatına görə, hollandiyalı yarımmüdafiəçi "canavarlar"ın Çempionlar Liqasının qrup mərhələsində səfərdə təmsilçimiz "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə verilən sualları da cavablandırıb. 27 yaşlı oyunçu "Qarabağ"la matçın çətin keçəcəyini vurğulayıb: "Qarabağ"a qarşı oyun çətin olacaq. Rəqibimiz qrupda keçirdiyi ilk qarşılaşmada "Çelsi"yə 0:6 hesabı ilə uduzub. Hər iki komanda meydana qələbə üçün çıxacaq. "Qarabağ" Çempionlar Liqasında oynamağa layiqdir. Bu komanda yaxşı rəqibdir. Ancaq biz də səfərə 3 xal istəyilə yollanacağıq. Bizim 5-6 saatlıq təyyarə yolumuz olacaq. Bunu nəzərə alaraq deyirəm ki, bizim üçün çətin olacaq".

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-də, saat 20:00-da başlayacaq.

loading...