“Aşqabad-2017”də bu gün 30 dəst medal sahibini tapacaq

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir. SİA xəbər verir ki, Oyunların üçüncü günündə - sentyabrın 19-da idmançılar 3x3 basketbol, kəmər güləşi, bilyard, atçılıq, futzal, tennis, atletika, ciu-citsu, muay-tay, taekvondo, velosiped idmanı və ağırlıqqaldırma yarışlarında mübarizə aparırlar.

Bu gün 30 dəst medal sahibini tapacaq.

Qeyd edək ki, “Aşqabad-2017”də 6 min atlet 21 idman növü üzrə mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə