Neymar və Kavani dava etməyə cəhd göstəriblər

Fransanın PSJ klubunun braziliyalı və uruqvaylı futbolçuları Neymar və Kavani pul üstündə əlbəyaxa dava etməyə cəhd göstəriblər. SİA-nın məlumatına görə, insident "Lion" üzərində qazanılan 2:0-lıq qələbədən sonra soyunub-geyinmə otağında baş verib. Tyaqo Silva və Markinyos onları dava etməyə qoymayıblar.

Kavaninin müqaviləsində mövsümün sonunda çempionatı ən yaxşı bombardir kimi bitirəcəyi təqdirdə uruqvaylıya təqribən 1 milyon avro veriləcəyinə dair bənd yer alıb.

Xatırladaq ki, matçın gedişində də penalti zərbəsini yerinə yetirməklə bağlı sözügedən futbolçular arasında narazılıq yaşanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə