Nabil Dirar “Beşiktaş”la oyunu buraxacaq

Türkiyə Superliqasının 5-ci turunda “Alanyaspor”la oyunda zədələnən "Fənərbaxça"nın futbolçusu Nabil Dirarın durumu məlum olub. SİA-nın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin qasığında yırtıq aşkarlanıb.

Mərakeşli futbolçu növbəti turda “Beşiktaş”a qarşı keçiriləcək oyunu buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə