Araz Abdullayevin komandası APOEL-i məğlub edib

Kipr çempionatında 4-cü turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Araz Abdullayevin komandası formasını geyindiyi “Anortosis” də növbəti matçını keçirib. Famaqusta təmsilçisi səfərdə APOEL-lə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 30-cu dəqiqədə Viktor fərqlənib.

Matça əsas heyətdə başlayan Araz 78 dəqiqə meydanda olub. O, komanda yoldaşı Artimatas tərəfindən əvəzlənib. Qeyd edək ki, 4 oyundan sonra aktivində 10 xal olan “Anortosis” bir oyun artıq olmaqla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə