"Bavariya"da ciddi itki: Noyer zədələnib

"Bavariya" ciddi itki ilə üzləşib. Almaniya mətbuatının yazdığına görə, "pivəçilərin" qolkiperi Noyer yenə də zədələnib. 31 yaşlı qolkiperin ötən mövsüm Çempionlar Liqasında "Real"a qarşı matçda zədələndiyi sol ayağında qırıq aşkarlanıb. Onun əməliyyat olunacağı bildirilib. Noyerin nə zaman yaşıl meydanlara qayıdacağı hələ müəyyənləşməyib.

Almaniya mətbuatı Noyerin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə